“İŞİD-Xorasan” terror təşkilatının keçmiş rəhbəri Aslam Faruki Əfqanıstanın şimalında baş verən atışmalarda öldürülüb.
“The Express Tribune” xəbər verir ki, keçmiş komandirin ölümü ilə bağlı ziddiyyətli məlumatlar var.
Məlumata görə, əslən Hayber-Paxtunxvanın Orakzai rayonundan olan “İŞİD-Xorasan”ın keçmiş lideri və köməkçiləri mütəşəkkil adam oğurluğu və cinayətkar mafiyaya qarşı aparılan əməliyyat zamanı öldürülüb. Bununla belə, mənbələr onun İŞİD kimi tanınan terror təşkilatı daxilindəki daxili mübahisə nəticəsində öldürüldüyünü ehtimal edir.
Aslam Faruki 2020-ci ildə Nanqarharda “İŞİD-Xorasan”nın süqutundan sonra o vaxtkı Prezident Əşrəf Qəni hökuməti dövründə Əfqanıstan qüvvələri ilə razılaşma əldə etdi. Daha sonra o, “İŞİD-Xorasan” rəhbəri vəzifəsində dəyişdirildi və doktor Şahab Mahajer silahlı qruplaşmanın başına keçdi.
Bu, bu ay ərzində öldürülən ikinci yüksək rütbəli yaraqlı komandiridir. Bir həftə əvvəl Nanqarhar əyalətində fəaliyyəti qadağan olunmuş "Təhrik-i-Taliban Pakistan"ın (TTP) sözçüsü və əməliyyat komandiri “Xalid Balti” ləqəbli Məhəmməd Xorasani öldürülüb.
L.SƏMLA
AzPolitika.info


Şərhlər