Menu

Slovakiyada qalmaqal davam edir

20.01.2022, 00:08
Slovakiyada qalmaqal davam edir

Slovakiyada ABŞ-la hərbi saziş üzrə referendum olmayacaq.

Belə qərar yanvarın 18-də respublikanın Milli Şurasında (parlament) qəbul olunub.

Sazişin referenduma çıxarılması barədə təşəbbülə sosial-demokratlar çıxış etmişdilər. Ancaq onlar Slovakiya parlamentində çoxluğun dəstəyini qazana biilməyiblər.

Bununla əlaqədar olaraq, sosial-demokratların lideri, eks-baş nazir Robert Fitso hökuməti ABŞ-la saziş məsələsində vətəndaşların fikrini saya salmamaqda günahlandırıb. Onun fikrincə, bu sənədin məqsədi Slovakiya ərazisində Amerika hərbi bazasının yaradılmasından ibarətdir.

Xatırladırıq ki, ABŞ-la hərbi əməkdaşlıq sazişinin layihəsini yanvarın 12-də Slovakiya hökuməti yekdilliklə bəyənmişdi. Onun təsdiqi halında Amerika silahlı qüvələri Malatski-Kuxinya və Silaç aviabazalarından və Slovakiyadakı digər hərbi obyektlərdən istifadə edə biləcəklər. Bunun əvəzində Slovakiya ordusu ABŞ-dan maliyyələşmə ala biləcək.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol