Ölkədə ərzaq və kommunal tariflərin bahalaşması sadə vətəndaşlarla yanaşı tanınmış simaların da narahatlığına səbəb olub.
Xalq artisti Rasim Balayev yenisabah.az-a açıqalamasında bildirib ki, birtəhər yeni qiymətlərə uyğunlaşblar.
"Amma bahalaşma hər birimizin büdcəsinə təsir etdi. Qiymət artımından hamı əziyyət çəkir”, - xalq artisti əlavə edib.
R.Balayev qiymət artmının ümumi bir bəla olduğunu bildirib: “Mən düşünmürəm ki, bu bahalığı hökumət qəsdən edir. Dünyanın bütün ölkələrində bu cür proses gedir. Bu, ümumi bir bəladır. Bizim ölkəmizdə az da olsa pensiya və maaşları qaldırırlar. Lakin bununla yanaşı sürətli artım da gedir. Camaat çətin vəziyyətdədir. Bu, çox pis haldır. İnsanlar birtəhər dolanırdı, indi bilmirlər neyləsinlər”.
R.Balayev dövlətdən aldığı təqaüdlə yaşadığını vurğulayıb: “Mən təqaüd alıb problemləri birtəhər yoluna qoyuram. Pensiya alıram, amma məbləğ cüzidir. O vaxt Səlim Müslümov pensiyamı düzgün hesablamadı. Əvvəllər Kinostudiyada işləyirdim, 2500 manat maaş alırdım. Elə oldu ki, pensiyaya çıxanda işlədiyim son 5 il nəzərə alındı. Bu səbəbdən çox az pensiya alıram. Məndən əvvəl pensiyaya çıxanlar, az maaş alanlar 2 000 manat pensiya alır. Mən 300 manat alıram. Hökumət sağ olsun, mənə Prezident təqaüdü verir. O təqaüd olmasa, bilmirəm necə dolanardım”.

Xalq şairi Vahid Əziz isə deyir ki, bahalaşma bütün dünyada müşahidə olunur, lakin ondan istifadə edib süni qiymət artımı edənlər var: “Mən marketə getmədiyim üçün heç nədən xəbərim yoxdur. Lakin bilirəm ki, bahalaşma bütün dünyada müşahidə olunur. Buğda, un hər yerdə bahalaşıb. Azərbaycanda bu qiymət artımı ilə uyğunlaşmalıdır.Bahalaşmadan istifadə edib, süni qiymət artımına əl atanlar da var. Onlar mütləq cəzalandırılmalıdır. Bilirəm ki, cəzalarını alacaqlar”.
V.Əziz pensiyalar haqqında da danışıb: “Hələ ki, keçən ilin pensiyaları verilir. Bu ay yəqin ki, mənim pensiyamda da artım olmayacaq. Növbəti ayı isə bilmirəm artım olacaq, ya yox”.


Şərhlər
Tarif shurasi sifirdi !!! Ne naqil danishirsiz?
AZƏRBAYCANDA XALQA ZÜLÜM EDƏN BİR QEYRİ AŞKAR, GECƏLƏR İSTƏDİYİ QƏRARI QƏBUL EDƏN ORQAN VAR O DA QİYMƏT QALDIRMA ŞURASIDIR( TARİF ŞURASI)Kİ TƏRKİBI DƏ Kİ BİLİNMİR.
İt yiyəsini tanımayan.nəzarət olunmayanözbaşınalıq hökm sürən ölkədə yaayırıq.İnsanlar bu qədər imkan olan yerdə haqlı olaraq şikayətlənir. Ancaq bunu eşidən,duyan yetkili tapılmır.t
Hörmətli RASİM BƏY. Və VAHİD BƏY NƏ QƏDƏR Kİ QİYMƏT QALDIRMA "TARİF ŞURASI" MÖVCUDDUR XALQ HEÇ VAXT XOŞBƏXT OLMAYACAQ. KEFİ İSTƏDİYİ qərarı XALQA ağrıyır. Ona DUR DEYƏN TAPILMIR.
Rasim bəyə təşəkkür edirik, minnətdarıq. Allah sizi var eləsin, sizdən razı olsun. Nə yaxşı ki, varsınız! Allah məmurlara insaf versin. Amin!
Təklif edirəm ki, Sahil Babayev belə bir vətənpərvər təşəbbüslə çıxış etsin:" Vətəndaş, ölkənin büdcəsini qorumaq üçün pensiya yaşına qədər ölməyiniz lazımdır. Ölənə qədər isə canavar kimi gecə gündüz işləyib vergi və kredit borcunuzu tam ödəyin. Vətənə belə fədakar insanlar lazımdır. Əmin olun ki, sizin istirahətinizi yalnız öləndə mümkün olacaq.
Büdcəmizə kömək et vətəndaş". Uraaaaa
Qiymətlər noyabrdan başlayaraq 40-50 faiz artdı, maaş və pensiyalar yanvardan 20 faiz artdı... Yəni maaş və pensiyaların dəyəri daha 20- 30 faiz öldü....