"AMEA Tarix İnstitutunun direktoru - tarix elmləri doktoru, professor Kərim Şükürov istedadlı, zəhmətkeş, məhsuldar, mütərəqqi təfəkkür, əməl və davranış tərzinə malik dəyərli alimlərimizdəndir. O, müasir Azərbaycan tarix elminin ən qabaqcıl, məsuliyyətli və vicdanlı yükdaşıyanlarındandır".
Bu fikirləri "AzPolitika.info"-ya açıqlamasında tanınmış alim, fəsəfə elmləri doktoru, professor Əbülhəsən Abbasov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürovun istefasına münasibət bildirərkən dilə gətirib.
Professor Əbülhəsən Abbasov eyni zamanda ictimaiyyəti və dövləti Kərim Şükürov kimi ziyalılarımızı qorumağa çağırıb: "Kərim müəllimin Azərbaycan elminə, ictimai mühitə, o cümlədən idarəçilik praktikasına verdiyi töhfə, gətirdiyi müsbət nümunələr danılmazdır. O, bir çoxları kimi heç vaxt elmdən və tutduğu vəzifədən bəhrələnən, sui-istifadə edən olmayıb. Əksinə, elmə, xalqımıza, dövlətimizə və cəmiyyətimizə öz ömrünü həsr edənlərdəndir.
Bu mənada Kərim müəllim alicənab nadir şəxsiyyətlərimizdəndir. Ona qarşı qeyri-adekvat, obyektivliklə, ədalətlə uzlaşmayan münasibət qətiyyən anlaşılan deyil və qəbul edilə bilməz. Belə fəzilətli ziyalılarımız qorunmalı və hər mənada yüksək dəyərləndirilməlidir. Onlara həm cəmiyyətimiz, həm dövlətimiz arxa olmalı, dəstək verməlidir. Bu, milli maraqlarımızın, insanlıq və vətəndaşlıq borcumuzun tələbidir".

Xatırladaq ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov Akademiyanın prezidenti Ramiz Mehdiyevin ötən gün Rəyasət Heyətinin iclasında İnstitutla bağlı səsləndirdiyi fikirlərə sərt münasibət bildirib. AMEA-nın prezidentinin məişət səviyyəli intriqalarla məşğul olduğunu bəyan edən professor Kərim Şükürov, onun qeyri-adekvat fikirlərinə etiraz olaraq yalnız tutduğu vəzifədən deyil, Ramiz Mehdiyevin rəhbərlik etdiyi AMEA sistemindəki bütün işlərindən istefa verəcəyini bildirib.
Professor Kərim Şükürovun bu cür cəsarətli və əsl ziyalı mövqeyi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.
"AzPolitika.info"

Şərhlər
Kərim Şükürova uğurlar!
Mence Ramiz Mehdiyev Elm ,Alim yox,”Beli,baş üste” deyenler lazimdır.Prezident seçilenden sonra Akademiya ve onun institutları ortsya bir qoya biliblermi?Dünya seviyyedinde yox ,köhne SSRİ seviyyesinde yox ele respublika seviyyesinde.
Təəssüf edirəm ki,Kərim müəllim haqqında heç bir məlumatım olmayıb.Adətən milli keyfiyyəti ilə seçilənləri biz dərhal tanıyırıq.Rəhmətlik Dilavər Əzimli və Yasəmən xanımı tanımayan yoxdur.Bu "fəzilətli alim"in,yaxşı olar ki, fəzilətli kitabları haqqında da məlumat verəsiniz.
Kim edaletsizliye qarsi soz deye bilirse,bizim olkede,subhe yoxdur ki,o temiz adamdir.Ona gore hem Kerim muellime hem Size Ebulhesen muellim derin minnetdaram.
Axı niyə istefa verməli idiniz? Mübariz olmaq lazəmdır hörmətli Kərim müəllim.Bu ......... qabağından nə vaxtadək geri çəkiləcəksiniz?
Kərim müəllim kimi dəyərli alimlərimizi qorumalıyıq !
Şükür Allaha Simasın itirməmiş insan gördük Allah köməyi olsun Amin
Haqlısınız, qorumalıdırlar. Ancaq üzdə olanlar, səsi eşidilənlər var ki, onlar ziyalı statusu daşısalar da ziYALıdırlar.
GECDİR. HÖRMƏTLİ AKADEMİK İNDİ_TƏNQİD OLUNDUQDAN SONRA YOX, R. MEHDİYEV AKADEMİYAYA QƏDƏM QOYDUĞU ANDA İSTEFA VERSƏYDİ ELMƏ VƏ MİLLƏTİNƏ XİDMƏT ETDİYİNİ SÜBUT ETMİŞ OLARDI. HAZIRDA GÖRÜNƏN ODUR Kİ, AKADEMİK TƏNQİN OLUNMASAYDI HƏMİŞƏKİ KİMİ SUSUB YERİNDƏ SAKİTCƏ OTURARDI.
Kaş bütün ALİMLƏR ONUN KİMİ OLARDI. ALLAH KƏRİM MÜƏLLİMİ QORUSUN. ALLAH ONU ŞƏR. VƏ ŞƏRƏFSİZLƏRDƏN QORUSUN. AMİN, AMİN.