Menu

"ABŞ heç bir halda Ukraynaya görə Rusiya ilə döyüşməyəcək" - AP

21.01.2022, 00:15
"ABŞ heç bir halda Ukraynaya görə Rusiya ilə döyüşməyəcək" - AP

Vaşinqtonun Rusiya tərəfindən Ukraynaya ehtimal olunan hərbi təcavüzünə cavabı «nə qədər maksimal sərt» olsa da o, heç vəchlə ABŞ-ın bu silahlı münaqişədə birbaşa iştirakını nəzərdə tutmur.

Bu barədə Ağ Evdəki mənbəyə istinadla, «Associated Press» agentliyi xəbər verib. Onlar təsdiqləyirlər ki, Prezident Co Bayden ordunu Ukraynaya göndərməyəcək - hətta Rusiyanın Ukrayna ərazisinə soxulacağı təqdirdə belə.

«Rusiya-Ukrayna müharibəsində birbaşa iştirakdan imtinanın səbəbi sadədir: Birləşmiş Ştatlar Ukrayna qarşısında müqavilə ödəliyinə malik deyil və Rusiya ilə müharibə bölgədə qeyri-sabitlik potensialını və qorxulu dərəcədə nüvə zərbələri riski mübadiləsini nəzərə alan böyük avantüra olardı» - agentlik yazır.

AP həm də xəbər verir ki, Ukraynada Rusiyaya qarşı müharibəyə müdaxilə etmək ABŞ gücləri və resurslarının əl-qolunu bağlaya bilər və ağır insan tələfatına gətirib çıxarar - hansı ki, Bayden administrasiyası başlıca təhlükəsizlik təhdidi kimi, Çin üzərinə diqqət cəmləşdirməyə çalışır.

Xatırladaq ki, bundan əvvəl ABŞ KİV-də informasiya meydana çıxıb ki, ABŞ Ukraynaya məxfi kömək çərçivəsində ona 200 milyon dollar dəyərində radar sistemi və dəniz avadanlığı verməyə hazırlaşır.

AzPolitika.info

Şərhlər

t.ədalət 2022-01-21 01:00:41

Hər cür müharibə fəlakətdir.Ancaq,əgər Rusiya Ukraynaya qarşı nüvə silahından istifadə edərsə NATO buna qarışıqlıq verəcək.İkicisi,Ukraynaya güclü silah lazımdır,o ,Rusiyaya qarşı döyüşmək üçün kifayət qədər güclüdür.ABŞ və onun müttəfiqləri imkan verməzlər ki,Rusiya müharibədə uduş əldə etsin.Üçüncüsü,heç ruslar da Putinə qoşulub Ukrayna ilə vuruşmayacaqlar.Tezliklə müharibə söz-söhbəti də bitəcək.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol