“İşləyən əmək pensiyaçılarının təqaüdünün yenidən hesablanması qanunla tənzimlənir”.
“Report” xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov deyib.
“Həmin şəxs işləməyən pensiyaçı kateqoriyasına keçdikdə və işdən azad olunmasa belə, 6 il və daha çox fəaliyyəti olarsa, əmək pensiyası 6 ildən sonra yenidən hesablana bilər. Praktik qaydada pensiyanın yenidən hesablanması təyinatı ilə bağlı hazırda müzakirələr gedir. Yaxın vaxtlarda bu, rəsmiləşəcək”, - o bildirib.


Şərhlər
Pensiyadan başqa hər şey yaxşı hesablanır.Elə götürək Media haqqında yeni Qanunu.İndi bəlli olur ki,Qanunun yenilənməsində məqsəd yaramaz məmurlar haqqında vətəndaşların yazdığı şərhlərə görə 500 manat məbləğində cərimələrin tətbiqi imiş.Day,müstəmləkə ölkələri ilə bizdə nə fərq qaldı?Bütün bu qadağalar və cərimələr haqsızlığın divarını aşmaq üçün nə vaxtsa vətəndaşların ayaqları altına düzülən daşlar olacaq..