Menu

“Rusiya Gürcüstanla münasibətlərin normallaşdırılmasını istəyir” - Lavrov

21.01.2022, 13:51
“Rusiya Gürcüstanla münasibətlərin normallaşdırılmasını istəyir” - Lavrov

“Rusiya Gürcüstanla münasibətlərin normallaşdırılmasını istəyir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkə diplomatiyasının 2021-ci il üzrə fəaliyyətinin nəticələrinə həsr olunan konfransda çıxışında deyib.

Onun sözlərinə görə, Moskva Rusiya-Gürcüstan münasibətlərinin normallaşdırılması, mövcud ziddiyyətlərin aradan qaldırılması, ikitərəfli əlaqələrin bərpası və inkişafı məqsədlərinə sadiq qalır. XİN başçısı bunların hamısının iki ölkə xalqlarının maraqlarına cavab verdiyini qeyd edib.

O eyni zamanda vurğulayıb ki, təmasların bərpası prosesi “ikitərəfli hərəkət yolu” olmalıdır: “Gürcüstan hakimiyyətinin keçmişdən dərslər çıxaracağına və Rusiyaya münasibətdə daha çox ölçülüb-biçilmiş siyasət yürüdəcəyinə çox ümid edirik”.

Qeyd edək ki, Rusiya və Gürcüstan arasında diplomatik münasibətlər 2008-ci ildən dayandırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol