Menu

Vilayət Eyvazov generalın oğlunu işdən çıxardı - Ramil Usubovun qohumudur

21.01.2022, 21:02
Vilayət Eyvazov generalın oğlunu işdən çıxardı - Ramil Usubovun qohumudur

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov bölmə rəisini vəzifəsindən azad edib.

"Qafqazinfo" xəbər verir ki, nazirin əmri ilə Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Urxan Şirinov işdən çıxarılıb. U.Şirinov sərəncama götürülüb.

Qeyd edək ki, Urxan Şirinov sabiq daxili işlər naziri, general-polkovnik Ramil Usubovun qaynı Nüsrət Şirinovun oğludur. Polis general-mayoru Nüsrət Şirinov isə DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisidir. O, 2011-2016-cı illərdə Daxili İşlər Nazirliyi Katibliyinin rəisi olub.

Şərhlər

Vətəndaş 2022-01-22 02:20:04

Bu necə olur? Generalın,deputatın,icra başçılarının evladları ilə DİN,RPŞ doldurulub....Bu necə seçimdir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol