Menu

ABŞ Ukraynaya Mi-17 helikopterləri verəcək

22.01.2022, 08:58
ABŞ Ukraynaya Mi-17 helikopterləri verəcək

ABŞ Ukraynaya Əfqanıstan Hərbi Hava Qüvvələrinin helikopterlərini verəcək

"Report" xəbər verir ki, Ağ Evin mətbuat katibi Cen Psaki "The Washington Post"a Ukraynaya Mi-17 helikopterlərinin veriləcəyini təsdiqləyib.

Bundan əvvəl ABŞ-ın hərbi yardım çərçivəsində Ukrayna Silahlı Qüvvələrinə beş Mi-17V5 və bir Mi-8MTV helikopteri göndərəcəyi bildirilirdi.

Helikopterlərin ilk partiyasının bu ilin yazında Ukraynaya çatacağı gözlənilir.

Qeyd olunur ki, ümumilikdə 60-dan çox hərbi təyyarə Əfqanıstandan çıxarılıb.

Şərhlər

telman 2022-01-22 10:27:40

MI-8 və Mİ-17 Rusiya istehsalı olan helikopterlərdir.Bu modelləri ABŞ necə Ukraynaya verir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol