“RUSLARA AQRESSİV CAVAB VERİLƏCƏK” – ABŞ-ın BMT-dəki rəsmi nümayəndəsi Moskvanı hədələdi

Vaşinqton Ukraynaya müdaxilə halında hərbi cavabı da istisna etmir

“Biz artıq demişik ki, cavab baxımından masa üzərindən heç nəyi götürmürük.”

“AzPolitika.info” xarici KİV-lərə istinadla xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki rəsmi nümayəndəsi Linda Tomas-Qrinfild deyib. 

Diplomat bunu ABŞ-ın Rusiyanın Ukraynaya müdaxiləsi halında Vaşinqtonun hərbi cavab verib-verməyəcəyinə dair suala cavab olaraq deyib. L.Tomas-Qrinfildin sözlərindən belə çıxıb ki, ABŞ sadəcə sanksiyalarla kifayətlənməyəcək və hərbi cavabı da gündəliyində saxlayır.

Moldovanın “Jurnal TV” kanalına müsahibə verən ABŞ-ın BMT-dəki nümayəndəsi deyib ki, Vaşinqton məsələnin diplomatik yolla həllinə ümid edir, lakin istənilən digər varianta da hazırdır: “Rusiyanın Ukraynaya müdaxiləsi halında ABŞ qətiyyətli hərəkət edəcək. Ruslar ABŞ-ın aqressiv cavabı barədə yaxşı məlumatlıdırlar. Onlar bunu ABŞ Prezidentindən də, Dövlət katibindən də və burada, Nyu-Yorkda məndən də eşidiblər. Biz artıq demişik ki, cavab baxımından masa üzərindən heç nəyi götürmürük. Biz 2014-cü ildən ukraynalılarla işləyirik. Biz onların silahlı qüvvələrinə dəstək üçün 2.7 milyard dollarlıq yardım etmişik. Dövlət katibinin Ukraynaya səfəri zamanı isə əlavə hərbi yardım barədə məlumat verildi.”

Diplomat İtaliyanın “RAİ” kanalına açıqlamasında isə Rusiyanı bir daha xəbərdar edib: “Rusiyanı və Sizi inandırırıq ki, əgər onlar yenə Ukraynaya doğru aqressiv hərəkətə keçsələr, rusların bütün addımlarına aqressiv şəkildə cavab verəcəyik.”

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar