Menu

DSX-nin matrosu Hərbi Hospitalda intihar edib

22.01.2022, 14:11
DSX-nin matrosu Hərbi Hospitalda intihar edib

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu, matros Ramil Rzaquliyev intihar edib.

Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, yanvarın 22-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin ötən ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin Binəqədi rayon idarəsindən hərbi xidmətə çağırılmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, matros Rzaquliyev Ramil Xəqani oğlu psixoloji vəziyyətində mövcud olan problemlər ilə əlaqədar müayinədən keçmək üçün Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına gətirilib.

Saat 11:10 radələrində hərbi qulluqçu tibbi müayinələrdən yayınaraq Hərbi Hospitalda inşa edilməkdə olan binanın yuxarı mərtəbəsinə qalxıb və özünü yerə ataraq intihar edib.

Hadisə ilə əlaqədar prokurorluq orqanları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.

Şərhlər

Dõyüşçu 2022-01-22 17:37:34

Bineqedi rayonunda yaşayan nece Bakı şeherinde qulluq edir bunu araşdırmaq lazımdır.

doktor 2022-01-22 14:53:49

ötən ilin oktyabr ayında yəni 3 ay bundan öncə
"psixoloji vəziyyətində problemi olan" bir vətən övladını niyə hərbi xidmətə yararlı hesab edirdiz?
..............................................................................!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol