Menu

Biləsuvarda gənc qız dəm qazından ölüb

22.01.2022, 22:19
Biləsuvarda gənc qız dəm qazından ölüb

Biləsuvar rayon sakini dəm qazından boğularaq ölüb.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Səmədabad kəndində qeydə alınıb. Belə ki, 19 yaşlı Əliyeva Rəmsudə Süleyman qızı yaşadığı evdə, hamamda dəm qazından boğularaq vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol