Menu

Almaniya Ukraynaya səhra xəstəxanaları göndərir – Müdafiə naziri açıqladı

23.01.2022, 13:04
Almaniya Ukraynaya səhra xəstəxanaları göndərir – Müdafiə naziri açıqladı

Almaniya Ukraynaya dəstək olaraq səhra xəstəxanası göndərmək qərarına gəlib. Bunu yanvarın 22-də Almaniyanın müdafiə naziri Kristin Lambrext açıqlayıb. O, hazırda Berlin Ukraynaya hərbi yardım göstərməyə hazır deyil.

“Welt am Sontag” qəzetinə müsahibəsində Kristin Lambrext xəstəxananın fevralda Ukraynaya çatacağını bildirib. Eyni zamanda, ukraynalı tibb kadrları üçün təlim bazası yaradılacaq. "Euronews" xəbər verir ki, bu cür yardım Almaniyaya 5 milyon avrodan çox vəsaitə başa gələcək.

Almaniyanın artıq Ukraynaya tənəffüs aparatları tədarük etdiyini bildirən nazir deyib əlavə edib ki, Ukraynanın şərqindəki döyüşlərdə ağır yaralanan ukraynalı əsgərlər Almaniya xəstəxanalarında müalicə olunurlar.

"Biz Kiyevlə çiyin-çiyinə dayanırıq. İndi bizim vəzifəmiz hazırkı böhranın şiddətini azaltmaq üçün mümkün olan hər şeyi etməkdir.

Müdafiə naziri vurğulayıb ki, indiki vaxtda onun qiymətləndirməsində silah tədarükü Rusiya və Ukrayna arasında qarşıdurmanı yüngülləşdirilməsinə yardım etməyəcək.

Lambrext bildirib ki, bu şəkildə formalaşdırılan mövqe kansler, sosial demokrat Olaf Şolzun başçılıq etdiyi federal hökumətin bütün üzvlərinin tam dəstəyinə malikdir.

“AzPolitika.info”

Şərhlər

Eli 2022-01-23 13:47:57

ABŞ ve Avropanı Ukrayna ve ukraynalıların taleyimde çox Rusiyanın çökdürülmesi maraqlandırır.Bu meselede Ukraynaya heç bir ölke kömek etmeyecek, onu meydanda tek qoyub rusun vehşi caynağına verecekler,sonra da başlayacaqlar uzun uzadı İnsan haqlarından.demokratiyadan danışmağa.Allah bu yazıq ukraynılalara kömek olsun.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol