Almaniya Hərbi-Dəniz Qüvvələrinin başçısı, vitse-admiral Kay-Axim Şenbax bəyan edib ki, Krım artıq heç vaxt Ukraynanın tərkibinə qayıtmayacaq.
Bu barədə öz fikrini o, Hindistanın Manoxar Parrikar müdafiə institutunda mətbuat konfransındakı çıxışında bildirib.
"RİA Novosti"nin xəbər verdiyi kimi, alman admiral Krım barədə bəyanatı Ukraynadakı situasiyanı şərh etmək barədə xahişi cavablandırarkən səsləndirib.
«Krım yaımadası yoxdur, o, heç vaxt qayıtmayacaq… bu, faktdır» - Şenbax deyib.
Şenbax həm də Rusiyanın Ukraynaya soxulacağı barədə söhbətləri sayıqlama adlandırıb.
Krım Rusiyanın tərkibinə 2014-cü ildə referendumdan sonra daxil olub. Referendumda yarımada sakinlərinin böyük əksəriyyəti Rusiya ilə birləşməyə səs verib.
Buna baxmayaraq, Ukrayna, ABŞ və onun müttəfiqləri səsvermənin nəticələrini tanımaqdan imtina edirlər. Moskva isə dəfələrlə qeyd edib ki, referendum beynəlxalq normalara uyğun keçirilib və legitim sayılır.
ABŞ Konqresindəki keçmiş müşavirin - politoloq Ariel Koenin fikrincə, 2014-cü ildə Ukrayna praktiki olaraq, Krımdan könüllü imtina edib.
AzPolitika.info


Şərhlər
Onda harda etnik çoxluq yaşayir,çox gùmanki, Almaniyanin hansisa vilayetlerinde de var.Öz mūsteqilliyin elan etsin.KRIM UKRAYNADA DAXILI ÇEKİŞMELER ZAMANI RUSİYA VƏ PUTİN TƏRƏFİNDƏN İŞGAL EDİLİB.1 GŮNŰN İÇERİSİNDƏ.
Bu vicdansız doğurdan da türklərin kim olduğunu hələ dərk etməyib və yaxud bilərəkdən, ancaq kiminsə sifarişi ilə belə çərənləyir. Krım türklərin və Ukraynanındır!
Bu alman admiralının başı xarab olub.Məgər,bilmir ki,Rusiya əvvəlcə Krıma hərbi müdaxilə edib?Ada rus ordusu tərəfindən işğal edildikdən sonra zor altında "referendum" keçirilib.Adanın əsil vətəndaşları olan Kırım türkləri Putinçilər tərəfindən təqib olunub.Onlar zorla vətəndaşlıq hüququndan məhrum edilib.
Düz deyirler Krım ne Rusiyanın ne de Ukraynanındır,Krım onların esl sahibleri olan TÜRKlerindir-Krım Tatarlarındır.