Menu

Paşinyan Ermənistan Prezidentinin istefasından danışdı

24.01.2022, 20:37
Paşinyan Ermənistan Prezidentinin istefasından danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə prezidenti Armen Sarkisyanın istefa verməsindən danışıb.

Modern.az xəbər verir ki, Paşinyan Sarkisyanın tutduğu vəzifədən getmək barədə qərarının açıqlamaya bir neçə saat qalmış öyrəndiyini bildirib.

Paşinyan qeyd edib ki, prezident baş nazirlə məsləhətləşməyib, sadəcə olaraq onu məlumatlandırıb. Baş nazir Sarkisyanın bütün arqumentlərini dinlədiyini bildirib, lakin şərh verməkdən imtina edib.

Onun sözlərinə görə, istənilən rütbəli məmur bu cür qərarları müstəqil qəbul edir.

Paşinyan bildirib ki, onun siyasi komandası hələ gələcək prezidentin namizədliyi ilə bağlı qərar verməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol