Menu

Tokayev Nazarbayevin daha bir qohumunu işdən azad edib

25.01.2022, 10:25
Tokayev Nazarbayevin daha bir qohumunu işdən azad edib

Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Berik İmaşev vəzifəsindən azad edilib.

“Report” xəbər verir ki, bu barədə dövlət başçısı Kasım-Jomart Tokayev müvafiq sərəncam imzalayıb.

Digər sərəncamla Nurlan Abdirov MSK sədri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayevin böyük nəvəsi Nurəli Əliyev B.İmaşevin qızı ilə evlidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol