2021-ci ildə ümumilikdə Azərbaycana 84 596 nəqliyyat vasitəsi idxal olunub.
“Report”un məlumatına görə, bunu Dövlət Gömrük Komitəsi (DGK) Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər Baş idarəsi rəisinin müavini Əsgər Məmmədov bildirib.
“Bu nəqliyyat vasitələrindən yanacaq növünə görə 50 114-ü benzin, 21 392-i dizel, 158-i elektrik, 12 932 ədədi isə hibrid avtomobilləri olub”, - Ə. Məmmədov qeyd edib.
O, ötən ildə ölkəyə gətirilən nəqliyyat vasitələri haqqında statistik məlumatları diqqətə çatdırarkən bildirib ki, 2020-ci il ərzində isə ölkəyə 49 431 nəqliyyat vasitəsi gətirilib.


Şərhlər
Ölkə yollarında hərəkət etmək avtomobil çpxluğundan dəhşətli dərəcədə çətinləşib.Ona görə idxalın artırılmasına ehtiyac varmı?burada pruqram ilənib tətbiq olunmaya başlamadan idxal artırmaq doğru detil.İstismar müddətlərinə görə avtomobolləin çıxdaş edilməsi prosesinə başlanılmalıdır.Ən ilk olaraq yollarda insan tələfarlna səbəb olan mikroavtobuslardan başlanılmalıdır.