Sabunçu və Binəqədi rayonlarında qanunsuz parklanma ilə əlaqədar bu gün keçirilən reydlər zamanı 175 nəfər cərimələnib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakıxanov qəsəbəsində gün ərzində keçirilən reydlərdə 90 yaxın sürücü barəsində inzibati protokol tərtib edilib.
Bakıxanov qəsəbəsində keçirilən reydlər zamanı qanunsuz olaraq parklama xidməti təşkil edən 12-yə yaxın şəxs də müəyyən edilib və onlar da inzibati məsuliyyətə cəlb olunublar.
Həmçinin Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun müxtlif ərazilərində əsasən səkilərində avtomobillərini qanunsuz olaraq saxlayan və bununla da piyadaların hərəkətinə maneə yaradan sürücülər müəyyən ediliblər.
Qeyd edilən qayda pozuntusuna yol verən 73 sürücü barəsində inzibati protokol tərtib edilib.
Nazirlikdən bildirilib ki, bu istiqamətdə Sabunçu və Binəqədi rayonlarında rayonunda yol polisi tərəfindən reydlər mütəmadi olaraq davam etdiriləcək.


Şərhlər
Problemin səbəbi onan bağlıdır ki tikilən klinika bank şirkət mağaza və sair yerlərin parkingi yoxdur
Yani hər hansısa bank dükan klinika firma tikəndə icra hakimiyəti onlara deməliydiki sizin parking yerləriniz olmalıdı məsələn neçə adam gündə gəlibbgedəcək ona uyğunda parking yeri olmalıdı ama niyəsə icazə verəndə bu mühüm amilə diqqət ayrılmaib )))
Ikinci mesele-dovlet qurumlarinin, idarelerin ve s heyetlerine girishler demir qapilarla baglidir. Heyete ,yalniz, SHEFIN mashini gire biler Xeyr ola? Kimden artiqdirlar? Niye idarenin, qurumlarin, xestexanalarin ve s ishchileri hemin muessisenin heyetinde parking ede bilmez? Ve mecburdurlar mashinlari kuchede, orda-burda saxlamaga. Ona gorede, Baki bu gundedir.O boyda FHN tikilib, yanindan kechmek olmur, yolun sagi-solu , hamisi mashini doludur. Evvelden bilmirdiler ki, camaat hava ile uchub , gelmeyecek, niye parkingi yoxdur, varsa, niye istifade olunmur? Ve s.. ve i..a..
Yoldash memurlar! Слышу звон, не знаю где он prinsipi ile ishlemek olmaz. Bah atonnan, 175 nefer cerimeleyibler. Siz evvelce BUTUN IRI PROSPEKT VE KUCHELERDE PARKING ERAZILERI AYIRIN, nishanlayin, insanlara tanidin. Sonra neyi ise teleb edin. 5 m yer tapan kimi bir goydelen ucaltmaq evezine, sokulmush bezi yerlerin evezine bosh eraziler saxlayin parking uchun, sonra teleb edin mashinlari kuchenin kenarlarindan yigishdirilmasini. Her kuchede , en azi, 3-4 parking erazisi olmalidir. Bakida, duz-emelli neqliyyat sistemi yox, kulek 5 addim ayaqla addim atmaga qoymur ve s. Bele olan halda, bu camaat ne etmelidir? Vertolyotla hereket etmelidir? Birinci novbede insanlarin rahatligini dushunmelisiniz, onlarin cibini nece soymagini yox. Men de raziyam, AMMA BIRINCI PARKINGLER YARADILSIN, sonra shertler qoyulsun.!!!