Almaniya Hərbi-Dəniz Qüvvələri (HDQ) Baş komandanı, vitse-admiral Kay-Aim Şenbax bir neçə gün əvvəl demişdi ki, Rusiya Krımı bir daha geri qaytarmayacaq. Bundan sona o, müdafiə naziri Kristina Lambrextdən istefasını qəbul etməyi istəyib.
Onun ərizəsi yanvarın 22-də Bundesverin saytında dərc olunub.
«Mən, elə indicə federal nazirdən xahiş etdim ki, ləngimədən məni HDQ Baş komandanı vəzifəsinin icrasından azad etsin. Federal nazir mənim xahişimi yerinə yetirdi» - xəbərdə deyilir.
«Almaniya donanmasına, Bundesverə və hər şeydən əvvəl AFR-a bundan sonra zərər vurmamaq üçün mən, bu addımı qaçılmaz hesab edirəm» - vitse-admiral qeyd edib.
Ərizəyə əsasən, nə qədər ki, HDQ-ə yeni Baş komandan seçilməyib, onun vəzifələrini Şenbaxın müavini, kontr-admiral Yan Kristian Kaak icra edəcək.
Şenbaxın istefasına rusiyalı senator Aleksey Puşkov əlüstü münasibət bildirib. O, deyib ki, Krım haqqındakı sözlərindən sona vitse-admiralın istefası gözlənilən idi. Belə ki, HDQ Baş komandanı elə söz deyib ki, onu Qərbdə işlətmək qadağandır.
AzPolitika.info


Şərhlər
xatirladaq ki, niye bele olub yazilmaliydi.Sethi elumar