"Avrasiya İqtisadi Birliyinə (AİB) qoşulub-qoşulmama haqqında qərar sırf Azərbaycanın seçimindən asılıdır".
“Report” xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, AİB formatına inteqrasiya ölkələrə fayda verib: "Belə ki, 2021-ci ildə AİB-ə üzv ölkələrdə iqtisadi artım müşahidə olunub, AİB ölkələri arasında qarşılıqlı ticarət həcmi 30%, xarici bazarlara ixrac 41%, ölkələrin ÜDM-i 4%-dən çox artıb".


Şərhlər
Salam, Rusiyada xarici vetendaş sayılırıq deyə ora işləməyə getmək olmur . Gerek sahibkar kimi gedəsən ki, buda adi vetendaşın yolun kesir. İqtisadi birliyə üzv dövlətlərin vetendaşı isə gedib qabağına kartof töküb sata bilir.yəni Rusiya vetendaşı statusnda olur. Biz gedende gerey Rusiya vetendaşın satıcı götürüb işledek. Başbilenler bunları nezere alsa yaxşı olar
Bu birlikdən kim qazanıb,ki biz də qazanaq. Qazanan Rusiyadır, ona görə istəyir hamı onun qapısında boynu bükük dayansın