Azərbaycanda uşaqlar arasında “Omikron”a yoluxma qeydə alınıb?

“Uşaqlar arasında koronavirusun “Omikron” ştamı ilə yoluxma sayı ilə bağlı statistika aparılmayıb”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, uşaqların “Delta” ştamına yoluxması ilə bağlı dünya təcrübəsində faktlar var: “Uşaqlar xəstəliyi böyüklərə nisbətən yüngül keçirir. Məktəblilər arasında eyni simptomlu xəstəliklərin yayılması mövsümi xarakter daşıyır. Bu da istina deyil. Pandemiya olduğuna görə əhalinin diqqəti həmin xəstələr üzərindədir. Bu da narahatlıq doğurur”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar