Menu

Cəlilabadda itkin düşən gənc qız Bakıda tapılıb

27.01.2022, 11:23
Cəlilabadda itkin düşən gənc qız Bakıda tapılıb

Cəlilabad rayonunda itkin düşən gənc qız tapılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev deyib.

O bildirib ki, rayonun Moranlı kənd sakini, 2001-ci il təvəllüdlü Zəkirə Nadir qızı Mirzəyevanın Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərzisində olduğu yer müəyyən edilib və ailəsinə təhvil verilib.

Qeyd edək ki, Z.Mirzəyeva 2021-ci ilin noyabr ayının 6-da Cəlilabad şəhəri ərazisindəki mərkəzi bazardan naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Şərhlər

Helime 2022-01-27 11:26:11

Evden qachan qizi hech axtarib, tapib, qaytarmaq lazim deyil. Shiddet gormurse, ne haq verir qiza evden qachmaga?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol