Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev “Müharibə veteran”larına yanvar ayı üzrə ödənişlərin verilməməsinə aydınlıq gətirib.
APA-nın məlumatına görə, nazir müavini jurnalistlərə açıqlamasında bildirib ki, hazırda proses davam edir və burada bir neçə qurumun fəaliyyətindən söhbət gedir.
Onun sözlərinə görə, bu proses mərhələli şəkildə təmin ediləcək və yanvar ayının ödənişləri də veriləcək.
Nazir müavini diqqətə çatdırıb ki, artıq “Zəfər” altsistemi aktivləşdirilib və istifadəyə verilib: “Zəfər” altsisteminə daxil olan şəxslər özləri barədə məlumatları “e-sosial” portalından ala bilərlər”.


Şərhlər
Bu Anar Əıiyev professor Rəhim Əliyevin oğıudur.Anti-türkdürlər.Rəhim Əliytev özü deyir ki,biz Türkiyəyə nifrət edirik.Rusiyaya sədaqətliyik.Əslən Ramanalıdırlar.Yəqin ki Anarın nazir müavini olmasına səbəb də Rusiyaya meyillilikdən qaynaqlanır.