“NATO üzvü olan 5 qeyri-nüvə ölkəsində ABŞ-ın “B61” ailəsinə aid 200-ə yaxın atom bombası yerləşir”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Yayılmama və silahlanmaya nəzarət məsələləri üzrə idarəsinin direktoru Vladimir Yermakov a müsahibəsində bildirib.
“Biz israr edirik ki, NATO-nun birgə nüvə missiyası fəaliyyətini təcili olaraq dayandırmalı, Amerikanın nüvə silahları ABŞ-ın milli ərazilərinə qaytarılmalıdır. Onu infrastrukturunu və fəaliyyətini təmin edən qurumlar isə ləğv edilmədir. Bu, bizim ABŞ-a təhlükəsizliklə bağlı təkliflərimizdəndir”, - o deyib.


Şərhlər
amerika nəyə görə avropada yerləşdirmisən zibillərinidə yığ get xarabana dünya rahat nəfəs alsın
Söhbət rusyadan getmir,dourdanda bu belədir,bunun axırı yer üzü üçün çox qorxuludur,Allah bunlara insaf versin.
rusa üz versən astarı da istəyəcək!