Menu

Koronavirusa yoluxmuş Azərbaycan cüdoçularının adları bəlli olub

27.01.2022, 17:07
Koronavirusa yoluxmuş Azərbaycan cüdoçularının adları bəlli olub

Portuqaliyanın Almada şəhərindəki Qran-Pridən əvvəl koronavirusa yoluxmuş Azərbaycan cüdoçularının adları bəlli olub.

"Report"un Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, Yaşar Nəcəfov (66 kq), Zaməddin Poladov (73 kq) və Rüfət İsmayılov (90 kq) COVID-19 testi müsbət nəticə verib. Onların adları yarışın iştirak ərizəsindən çıxarılıb və bir saat sonra başlayacaq püşkatma mərasimində olmayacaq.

Beləliklə, Azərbaycan turnirdə 6 kişi, 3 qadın idmançı ilə təmsil olunacaq.

Qeyd edək ki, 28 - 30 yanvarda keçiriləcək Qran-pridə Azərbaycanı 13 cüdoçu təmsil etməli idi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol