Menu

“Putinin iki seçimi qalıb, ya müharibə, ya da geri çəkilmə” – “İndi top Kremlin meydanındadır”

27.01.2022, 17:17
“Putinin iki seçimi qalıb, ya müharibə, ya da geri çəkilmə” – “İndi top Kremlin meydanındadır”

ABŞ və NATO Kremlə onun aylardır tələb etdiyi yazılı cavabı göndərib.

Cavabın mahiyyəti budur:

ABŞ və müttəfiqləri Rusiya ilə NATO-nun genişlənib-genişlənməyəcəyi mövzusunu müzakirə etməyəcək, hər bir dövlətin müstəqil xarici və təhlükəsizlik siyasəti var, Şimali Atlantika Blokunun qapıları açıqdır;

ABŞ və NATO Rusiya ilə Şərqi Avropadakı hərbi bazalar mövzusunu müzakirə etməyəcək; ABŞ və NATO Rusiya ilə silahlara nəzarət, şəffaflıq və risqlərin azalması mövzularını müzakirə etməyə hazırdır.

Beləliklə, ABŞ və NATO Rusiyanın 3 tələbindən ikisini rədd edib.

Politoloq Elxan Şahinoğlu bildirir ki, ABŞ və NATO-nun bu cavabı Kremli qane etməyəcək. Onun sözlərinə görə, “silahlara nəzarət, şəffaflıq və risqlərin azaldılması” amorf mövzulardır və Kremli maraqlandırmır: “Çünki Rusiya Prezidenti Vladimir Putinin təbirincə desək, Vaşinqton verdiyi vədi yerinə yetirmir. Kreml Vaşinqtona və Brüsselə 3 tələb irəli sürməklə düşünürdü ki, təşəbbüsü ələ keçirib. İndi tam tərsidir, Vaşinqton və Brüssel tələblərə yazılı cavab göndərməklə topu Kremlə atıb. Rusiya Prezidenti ya Vaşinqtonun və Brüsselin cavabını qeyri-qənaətbəxş hesab edib Ukraynaya müdaxilə planını reallaşdıracaq, ya da dialoqun davamını seçib Ukrayna ilə sərhəddəki qoşunlarını tədricən geri çəkəcək. Orta yol yoxdur. Vaşinqton Avropadakı müttəfiqlərini indidən ona hazırlayır ki, Rusiya köhnə qitəyə enerji daşınmasını dayandırsa, hansı alternativlər reallaşdırılmalıdır. Bu o deməkdir ki, Vaşinqtonun özü də Kremlin müsbət cavabına ümid etmir”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol