Menu

KTMT baş katibi Tacikistan və Qırğızıstanı atəşi dərhal dayandırmağa çağırıb

27.01.2022, 20:30
KTMT baş katibi Tacikistan və Qırğızıstanı atəşi dərhal dayandırmağa çağırıb

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Tacikistan və Qırğızıstanı ölkələr arasındakı sərhəddə dərhal atəşi dayandırmağa çağırıb.

Bu barədə “Report” TASS-a istinadə xəbər verir.

"KTMT münaqişənin sülh yolu ilə həlli üçün Tacikistan və Qırğızıstana yardım göstərməyə hazırdır", - baş katib deyib.

Xatırladaq ki, Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin (QKNB) Sərhəd Xidmətinin məlumatına görə, iki dövlət arasında insident Batken-İsfana avtomobil yolunun hissələrinin birində, Tort-Koço ərazisində başlayıb. Qırğızıstan tərəfinin əmin etdiyi kimi, vəziyyət Qırğızıstan sərhədçilərinə qarşı Tacikistan tərəfinin silahdan istifadə etməsi səbəbindən daha da pisləşib.

Şərhlər

Veteran 2022-01-28 11:31:27

Deyəsən Putin indi də Tacikistana müdfaxilə etmək istəyir.Allah heç xeyir verməsin.İz azdırır.Onsuzda axırın çatıb ay PİTER patsanı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol