Türkiyə Xarici İşlər Nazirliyi (XİN) yanvarın 27-də Beynəlxalq Xolokost qurbanlarının xatirəsi günü ilə əlaqədar müraciət dərc edib.
Bəyanatda qeyd olunur: «Beynəlalq Xolokost qurbanlarının xatirəsi günü ilə əlaqədar biz, milyonlarla yəhudinin, qaraçının, şikəstin və təqib olunan azlıqların və qrupların xatirəsini hörmətlə yad edirik. Onlar sistematik olaraq, faşist rejimi və onların əlaltıları tərəfindən məhv ediliblər.
Osmanlı imperiyası və Türkiyə milyonlarla insan üçün, o cümlədən yəhudilər üçün sığınacaq olub və onlar tarix boyu dünyanın mütəlif bölgələrində təqibə məruz qalıblar. İkinci Dünya Müharibəsi zamanı Türkiyə nasistlərin zorakılığından canını qurtaran bir çox yəhudini salamlayb. Yəhudilərin əhəmiyyətli hissəsi Türkiyə hökumətinin qətiyyəti və tayı-bərabəri olmayan türk diplomatlarının səyləri sayəsində əsir düşərgələrinə göndərilməkdən xilas olublar. Biz, həm də fürsətdən istifadə edərək, türk diplomatların xatirəsini yad edirik, onlar bu qurbanlara kömək əlini uzadıblar…
Türkiyə indi də antisemitizmə, ksenofobiyaya, rasizmə, islamofobiyaya və dözülməzliyin bütün formalarına yönəlik barışmaz mövqeyini saxlayır…»
AzPolitika.info


Şərhlər