Menu

CƏBHƏDƏ YENƏ ATŞIMA OLUB... - Müdafiə Nazirliyindən açıqlama

28.01.2022, 12:57
CƏBHƏDƏ YENƏ ATŞIMA OLUB... - Müdafiə Nazirliyindən açıqlama

Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 27-si saat 20:58-dən 23:00-dək dövlət sərhədinin Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Ordumuzun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən müvafiq tədbirlər görülüb.

Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və hərbi texnika baxımdan itki yoxdur.

Əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altındadır.

Şərhlər

turan 2022-01-28 16:59:07

T. Ədalətə:
İmperiya dağılmasa mümkün deyil

t.ədalət 2022-01-28 13:50:38

Bəs,biz sülh müqaviləsi imzalamağa hazırlaşmırıqmı?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol