Menu

Rusiyaya qarşı sanksiyalar münasibətlərin qırılması olacaq - Lavrov

29.01.2022, 00:30
Rusiyaya qarşı sanksiyalar münasibətlərin qırılması olacaq - Lavrov

Rusiyaya qarşı maliyyə-iqtisadi sanksiyalar Moskvada münasibətlərin qırılması kimi qiymətləndiriləcək.

Bu barədə yanvarın 28-də Rusiya Federsiyasının (RF) Xarici İşlər naziri Sergey Lavrov Rusiya radiostansiyalarına müsahibəsində bəyan edib.

«Sanksiya tətbiqi ilə təhdidə gəlincə, amerikalılara deyilib ki, o cümlədən prezidentlərin təmaslarında, bu, o paketdir… və o, Qərb tərəfindən nəzarət olunan maliyyə-iqtisadi sistemin tam qapadılmasıdır, o, münasibətlərin qırılmasına ekvivalent olacaq» - Lavrov bildirib.

Xatırladırıq ki, bundan əvvəl Ağ Evin nümayəndəsi Cen Psaki Rusiya Prezidenti Vladimir Putinə qarşı məhdudiyyətlərə baxılırmı sualına cavab verərkən bəyan edib ki, Ukrayna ətrafında gərginlik halında ABŞ Rusiyaya qarşı heç bir sanksiyadan imtina etməyəcək.

AzPolitika.info

Şərhlər

Veteran 2022-01-30 15:19:43

Sənin kimi "başbilənləri "olan Rusiyanın başına bundanda betər bədbəxtliklər gələcək.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol