Gürcüstanda koronavirusa sutkalıq yoluxma 18 mini ötüb

Gürcüstanda ötən sutkada koronavirusa 18 274 yeni yoluxma faktı qeydə alınıb, 41 nəfər vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Daha 8 400 nəfərin müalicə olunaraq sağaldığı qeyd olunub.

İndiyədək qonşu ölkədə COVID-19 infeksiyası 1 145 508 nəfərdə aşkarlanıb. Onların 995 328-i sağalıb, 14 911-i isə dünyasını dəyişib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar