Putin geri çəkiləcəyinin anonsunu verdi – Kreml rəhbəri Makrona nə deyib?

Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makronun telefon söhbətinin detalları açıqlanıb. Kremlin rəsmi saytında verilən məlumata görə, Putin deyib ki, ABŞ və NATO Moskvaya cavablarında Rusiyanın əsas tələblərini görməzliyə qoyublar. 

O əlavə edib ki, Moskvaya cavabda Rusiyanın NATO-nun şərqə doğru genişlənməməsinə, Rusiya ilə sərhəddə zərbə silahlarının yerləşdirilməməsinə və hərbi potensialın və infrastrukturun 1997-ci ildəki həcmə endirilməsinə dair təklifləri nəzərə alınmayıb: “1997-ci ildə Polşa, Çexiya, Macarıstan, Bolqarıstan, Latviya, Litva, Estoniya, Rumıniya, Slovakiya, Sloveniya, Xorvatiya, Monteneqro və Şimali Makedoniya hələ NATO üzvü deyildirlər”.

Rusiya Prezidenti qeyd edib ki, Rusiya Moskvanın aldığı cavabı diqqətlə öyrənəcək və bundan sonra özünün gələcək hərəkətlərini müəyyənləşdirəcək.

Xatırladaq ki, Rusiya ABŞ və NATO-ya sözügedən tələbləri hələ ötən il təqdim edib. ABŞ və NATO bildirmişdilər ki, bu təkliflərin arasında icrası mümkün olmayanlar var. 

Bunlardan biri də, məsələn, NATO-ya yeni üzvlərin qəbul edilməməsi tələbidir. Buna baxmayaraq tərəflər danışıqları davam etdirmək barədə razılığa gəlmişdilər. Vaşinqton Moskvaya cavabının ictimaiyyət üçün açıqlanmamasını istəmişdi.

Lakin “The New York Times” qəzeti cavablarla tanış olduğunu iddia edir. Qəzet yazır ki, cavab məktubunda ABŞ Rusiya ilə qarşılıqlı qaydada hərbi manevrlərin ixtisar olunması və raket və nüvə silahlarının məhudlaşdırılması sahəsində müzakirəyə hazır olduğunu bildirib. Birləşmiş Ştatlar bir daha Rusiyanı Ukrayna ilə sərhədlərdən qoşunlarını geri çəkməyə çağırıb.

ABŞ-ın Moskvadakı səfiri Con Sallivan yanvarın 28-də deyib ki, Vaşinqton indi Ukrayna böhranından çıxmaq üçün diplomatik yolla bağlı yazılı təkliflərinə cavabını gözləyir. O, Amerika və Rusiya diplomatlarının bundan sonra görüşəcəyinə ümidini bildirib.

Sallivan diplomatiyanın irəliyə yeganə yol olduğunu desə də, bunun yalnız Rusiya Ukrayna ilə sərhəddən qüvvələrini çəkəcəyi halda mümkün olduğunu söyləyib.

“Silahı masanın üstünə qoyaraq sülhlə gəlirsizsə, bu təhdid yaradır”, – Sallivan onlayn brifinqdə vurğulayıb.

“AzPolitika.info”

635x100

Şərhlər

Cəmşədə 2022-01-30 13:11:36

Bəs ukraynada hakimiyyəti niyə devirdilər sən bu suala cavab ver okeanın o tayından gəlib ukraynda hakimiyyətin kimdə olub olacağını amerika məsləhət alası deyillər bu munaqişədə putin rusiyası tam haqlıdır və qələbə qazanacaq natonun rusiya ilə toqquşması natonun intiharı deməkdir amerika nəyə görə kubada rus raketlərini görmək istəmirsə putin də ona görə öz yaxınlığında amerikanı görmək istəmir hansı ağılla deyirsənki amerika istədiyini edə biıər istədiyi ölkıni işğal edə bilər dağıda bilər ama rusiya öz təhlükəsizliyi üçün haqqını tələb edə bilməz hiss olunurki ağlın uşaq ağlıdır və siyasi analtikan yetərincə inkişaf etməyib

Cəmşid Dərələyəzli 2022-01-29 16:04:47

Rusiyanın Amerikadan tələbi ona bənzəyir ki, vaxtı çatmış qıza bir qonşu çıxıb deyir ki, sən "ərə" gedə bilməzsən. İndi o qonşuya hər qalxıb kəs bir sual verir ki, sen kimsen ki mənim hansı ittifaka girib -girməyəcəyimi sen bedirləyəsən. Ona görə də Putin belə bir tüpürceyi eninde-sonunda yalamağa mecburdur. Daha doğrusu mecbur edilir. Çünki, Rusiyanın Ukrayna konusunda NATO ile üz-üze gelmesi, Rusiyanın intiharıdır. .Ona görede bele bir zamanda Paşinyan kimi ona buna zeng edib, yalvarmaqdansa Erdoğanın ağlından yararlanmasında fayda var.

Cəmşid Dərələyəzli 2022-01-29 16:03:35

Rusiyanın Amerikadan tələbi ona bənzəyir ki, vaxtı çatmış qıza bir qonşu çıxıb deyir ki, sən "ərə" gedə bilməzsən. İndi o qonşuya hər qalxıb kəs bir sual verir ki, sen kimsen ki mənim hansı ittifaka girib -girməyəcəyimi sen bedirləyəsən. Ona görə də Putin belə bir tüpürceyi eninde-sonunda yalamağa mecburdur. Daha doğrusu mecbur edilir. Çünki, Rusiyanın Ukrayna konusunda NATO ile üz-üze gelmesi, Rusiyanın intiharıdır. .Ona görede bele bir zamanda Paşinyan kimi ona buna zeng edib, yalvarmaqdansa Erdoğanın ağlından yararlanmasında fayda var.

Eli 2022-01-29 15:35:29

Bu hadiseler rusların Putin başda olmaqla gansı ağlın eqidenin sahibi olduqlarını gösterir.Eyni kökden olan,demek olar ki,eyn millet olan ve taleyin qismeti olaraq qonşu olan ,adet enenesi ,dini , tarixi ve medeniyyeti eyni olan qardaş bir milletle yola getmir ve deyir ki sen menim qulum olmalısan bu gün bunu hansı axmaq qebul eder ki ,Ukrayna qebul etsin.İndi okeanın o tayından ABŞ buna deyir ki ,sen haqlı deyilsen ve redd ol kenara.

Son yazılar