22 MƏNZİLİ VARDI, İNDİ 2 METRLİK MƏZARA SIĞIB...

Seymur VERDİZADƏ

10 aylıq məhbəs həyatından sonra ev dustaqlığına buraxılan, amma doğmalarının əhatəsində bir fincan çay içməyə macal tapmadan dünyasını dəyişən “Azərxalça”nın sabiq sədri Vidadi Muradovun 30 milyonluq əmlakının müsadirə olunmasına qərar verilib.

Bu xəbər media cameəsində şok effekti yaratdığı üçün tərəddüd etmədən hamı tirajladı. Demək istədiyim odur ki, mərhumun 30 milyonluq əmlakının müsadirə edilməsi təzə xəbər deyil, qəzet oxuyan, internetə çıxışı olan hər kəs dünəndən bu məsələdən xəbərdardır.

Yaddaşı qısa olanlar üçün xatırladıram: Vidadi Muradov 21,6 milyon manat pulu mənimsəməkdə, 640 min manatlıq vergi borcunda ittiham edilib. Onun dövlətə vurduğu zərərin ödənilməsi üçün istintaq zamanı 30 milyonluq əmlakı üzərinə həbs qoyulub. Məhkəmə dünən həmin əmlakların müsadirə edilməsi barədə qərar çıxarıb.

“Kriminalqafqaz” V.Muradovun müsadirə edilən əmlaklarının siyahısını əldə edib. Dünən, sizin kimi mən də həmin əmlakların siyahısı ilə tanış oldum. Desəm ki, gözlərim qaraldı, yalan olmaz. Nəslimə-nəcabətimə məxsus olan əmlakı üst-üstə yığsan, bunun yarısı eləməz. Təkcə Bakının Xətai rayonundakı Gəncə prospektində yanaşı binalarda 22 mənzili var imiş. Bəli, düz oxudunuz: 22 mənzil! Maraqlıdır ki, həmin binaların hər birində məhz 4 nömrəli mənzili alıb. Səbəbi şəxsən mənə məlum deyil. Hər halda 4 rəqəminin mərhuma düşmədiyi aydındır. Bəlkə də o 22 mənzildə üst-üstə 22 dəqiqə oturmaq Vidadi müəllimə qismət olmayıb.

Bu, Vidadi Muradovun əmlakının tam siyahısı deyil. Bakının Nərimanov və Xəzər rayonlarında torpaq sahələri, bağ evləri, Qubada torpaq sahəsi, villalar…

Vidadi müəllim indi haqq dünyasındadır. Həyatda olanda onu tanımamışam, yaxından-uzaqdan heç bir əlaqəm olamyıb. Dövlətə 21,6 milyon manat zərər vuran adamı tanımamağım bəlkə də bir jurnalist kimi mənim zəifliyimdir. Bəlkə də bu cinayətin izinə vaxtında düşüb araşdırma aparsaydım, zamanında həqiqətləri üzə çıxarsaydım, dövlətimə az-çox xeyir verə bilərdim. Axı müharibədən sonra nəinki min manat, hətta bir manat da bizimçün böyük puldur. Doğma Qarabağ məhz həmin pulların hesabına dirçələcək, əvvəlki gözəlliyinə qovuşacaq…

Bu sətirləri yazmaqda bircə məqsədim var. Mən yazmasam da, siz çox yaxşı bilirsiniz ki, bu ölkədə rüşvət və korrupsiyanı həyat tərzinə çevirən çoxlu sayda məmur var. Onlara səslənirəm: Vidadi Muradovun təkcə Gəncə prospektində 22 mənzili vardı, amma bu gün 2 metrlik məzara sığıb. İbrət götürmək lazımdır.

Heç kim qazandığını kürəyinə şəlləyib özü ilə o biri dünyaya aparmır…

(Yenisabah.az)

635x100

Şərhlər

Ali 2022-01-30 23:46:46

Bu seymur bəyə nə qədər xahiş edirik, yenə də öz bildiyini yazır. Ay insan,ƏGƏR MÜƏLLİM PEŞƏSİ ÜZRƏ İŞLƏMİRSƏ hər juluikə, korrupsionerə, məmura. JEK müdirinə, nazirə, deputata və ni bilim nəyə YALANDAN "MÜƏLLİM" DEMƏYİN!!! Müəllim peşəsinin şərəfli adını müəllim olmayanlara ünvünlayıb hörmətdən salmayın, dugər müraciət formalarından istifadə edin!!!

Roma 2022-01-30 18:10:26

Eli adı ilə yazana: Cəlil Məmmədquluzadənin "Ölülər" əsərini get bir qədər diqqətli oxu və nəticə çıxart...

Roma 2022-01-30 14:50:53

Eli adı ilə yazana: Cəlil Məmmədquluzadənin "Ölülər" əsərini get bir qədər diqqətli oxu və nəticə çıxart...

vidadi goyce 2022-01-29 20:03:14

nefsleri qebirlerinden cox-cox boyuk olanlara.....

Veteran 2022-01-29 19:30:27

Seymur müəllim xahış edirəm belələrinə MÜƏLLİM adını verməyin.Haram yollarla oğurladığı sərvəti dəfələrlə yazılanlardan çoxdur.Bunun kimilərin o dünyada yeri CƏHƏNNƏMLİKDİR .

Seyid ƏNHU 2022-01-29 19:16:53

Seymur bəy, o adam evi özü üçün almayıb haş Övladları, nəvə-nəticələri üçün alıb. İndi bu oğurlanmış pullarla alınmış mənzilləri onların əlindən al görüm necə alırsan. Basıb adamın gözünü çıxararlar.

Tahir 2022-01-29 18:45:21

Bu hələ ortabab məmurun evləridir və burdan belə nəticə çıxarmaq lazımdır ki, şəhid və qazilərə dövlət heç xərc çəkib ev tikməsin. Hər məmurdan 5-10 ev müsadirə (özxoşuynan da olar) edib bu məsələni kökündən, birdəfəlik, keyfiyyətlə, xərc -xəsarətsiz həll etmək olarmış. Bu da sizə təklif. Di yaydı qoçular, başlayın əməliyyata...

Tahir 2022-01-29 18:39:29

Çox gözəl. Hökumət şəhid və qazi ailələrinə ev axtarır. Müsadirə edib verilsin onlara. Verərlərmi? Bax məsələ də burasındadır... Verməzlər. O evlər əl altından bəlli yerə gedəcək....

Bakili 2022-01-29 18:00:50

Bu işin etik terefidir, bu talançılıglar, oğurluglar 1 gündə baş verməmişdir, bəs buna nəzarət etməli olan bunu görməmişdir? Hara baxırmış? Yəgin onun mülkləri bununkundan da coxdur, bu barədə yazmag lazımdır, 5 mərtəbəli villa tikəndə ona niyə deyən olmur ki, gagaş bunu hansı vəsaitə tikdirirsən belə, xeyir ola?

Eli 2022-01-29 17:22:41

Seymur müellim çox sadelövh adamdır.Öz xoşuna görmüsünüz donuz darıdan çıxa.Bunun üçün zemin hazırlanmalıdır.Birinci növbede Milli Meclis lazımı qanunları qebul etmeli,sonra ise 1937- ci iiln bezi iş metodları işe salınmaludır.Teessüf ki be da dayda vermez .Niye çünkü bü işle meşqul olcaq dövlet qurumlarının memurlarının böyük ekseriyyeti bu qanunların mğtleq eleyhine çıxacaqlar.Halbuki bu işmfeqiq heyata keçirilse ölke büdcesine 10 milliardlarla manat vesait yönlendirmek olar ki bu d vesait de Qarabağın tam berpasına bes eder.

Son yazılar