Menu

BMT əməkdaşlarını öldürməkdə təqsirli bilinən 51 nəfər edam cəzasına məhkum edilib

30.01.2022, 13:31
BMT əməkdaşlarını öldürməkdə təqsirli bilinən 51 nəfər edam cəzasına məhkum edilib

Konqo Demokratik Respublikasının (KDR) hərbi tribunalı 2017-ci ildə BMT-nin iki əməkdaşının qətlində təqsirli bilinən 51 nəfəri ölüm cəzasına məhkum edib.

Trend TASS-a istinadən xəbər verir ki, daha bir şübhəli 10 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, iş üzrə iki təqsirləndirilən şəxsə bəraət verilib.

Həmçinin, qeyd olunur ki, 2003-cü ildən KDR-də ölüm cəzasına moratorium qüvvədədir. Bu cəza növü adətən ömürlük həbslə əvəzlənir.

BMT-nin iki əməkdaşı - ABŞ və İsveç vətəndaşları 2017-ci ilin martında Konqonun Kasai əyalətində itkin düşüb. Onlar bölgədə silahlı toqquşmalarda həlak olan insanların kütləvi məzarlıq yerlərini araşdırıblar. Ekspertlərin cəsədləri iki həftə sonra tapılıb. Rəsmi versiyaya görə, onlar yerli silahlılar tərəfindən öldürülüb. Həmin ilin iyununda BMT Təhlükəsizlik Şurası qətlin qəsdən törədildiyini və yerli xüsusi xidmət orqanlarının bu işdə əli ola biləcəyini təxmin edib.

Şərhlər

Eli 2022-01-30 14:11:27

Dehşet bax: iki neferin ölümüne göre 51 nefer ölüme mehkum edilir.Özüne hörmet etmeyen millet ve Dövlete heç kim hörmet etmez.Bu ölke reehberliyinin gerizekalılığının bariz nümunesidir.Bir ABŞ,bşr İsveç vetendaşının ölümüne göre 51 vetendaşını qurban berir.Tarix boyu Avropa ölkelerinin koloniyası olan bu gün dövlet dili fransız dili okan bir ölke 60 ilden çoxdur müsteqillik qazanıb ancaq yene köledir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol