Menu

Türkiyə Silahlı Qüvvələri 172 terrorçunu zərərsizləşdirib

30.01.2022, 13:49
Türkiyə Silahlı Qüvvələri 172 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri bu ilin yanvarın 1-dən 172 terrorçunu zərərsizləşdirib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Onlardan 25-i İraqın şimalında, 147-si isə Suriyanın şimalında məhv edilib.

Bu müddət ərzində Türkiyə Hərbi Hava Qüvvələri qırıcı və hücum PUA-larından istifadə etməklə 25 əməliyyat keçirib və çoxlu sayda terrorçu hədəfi vurulub.

2021-ci ildə isə 397 əməliyyat təşkil edilib, nəticədə 2883 terrorçu zərərsizləşdirilib.

Türkiyə Silahlı Qüvvələri çətin coğrafi və iqlim şəraitində terrora qarşı qətiyyətli mübarizəsini davam etdirir.

Şərhlər

Eli 2022-01-30 14:38:22

Allah Türk qardaşlarımıza bu Haqq işinde kömek olsun.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol