Menu

Narkotikə görə saxlanılmış dünya çempionunun barəsində qətimkan tədbiri seçilib

31.01.2022, 11:53
Narkotikə görə saxlanılmış dünya çempionunun barəsində qətimkan tədbiri seçilib

"Minsk-2019 II Avropa Oyunlarının qalibi və gənclər arasında dünya çempionu olmuş Mahir Əmiraslanovun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib".

Bunu "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru polis mayoru Anar Qafarov deyib.

Bildirilib ki, onun barəsində Cinayət Məclləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəs ilə ittiham irəli sürülüb, istintaqı aparılır.

Qeyd edək ki, M.Əmiraslanov ötən həftə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən saxlanılıb.

Şərhlər

Yunis 2022-01-31 17:13:20

Bu şəxs hansı növ idman üzrə çempion olub?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol