Menu

"ABŞ Rusiyanın nüvə gücünü Ukrayna sərhədində yerləşdirdiyini müşahidə etmir" - Nuland

01.02.2022, 00:28
"ABŞ Rusiyanın nüvə gücünü Ukrayna sərhədində yerləşdirdiyini müşahidə etmir" - Nuland

Birləşmiş Ştatlar hazırda Rusiyanın nüvə silahının və onun daşıyıcı vasitələrinin Ukrayna sərhədində yerləşdirdiyini qeydə almır.

Bu barədə yanvarın 30-da ABŞ Dölət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland CBS telekanalının efirindən bəyan edib.

«Biz, nüvə silahının yerdəyişməsini görməmişik. Rusiyada insanlar arasında bəzi boş söhbətlər olub. Amma bildiyiniz kimi, Rusiyada artıq Kalininqradda və başqa yerlərdə taktiki nüvə silahı var ki, onlar Avropanı vura bilər» - Nuland bəyan edib.

Bununla yanaşı, o, ABŞ və Rusiyanın təhlükəsizlik qarantiyası tələbləri barədə mümkün danışıqları şərh edib.

Nulandın fikrincə, ABŞ və Rusiya orta və uzaq mənzilli raketlərin yerləşdirilməsi məsələlərini müzakirə etməyə hazırdır. O, Moskvanın Vaşinqtondan hiss etdiyi və əksinə, təhdid məsələsinin müzakirəsini beləcə mümkün hesab edib. Tərəflər həm də təlimlər və ordunun yerləşdirilməsi məsələlərini müzakirə edə bilərlər - ancaq yalnız qarşılıqlı əsaslarla.

AzPolitika.info

Şərhlər

qaraguruh 2022-02-01 01:56:41

ALLAH bu yırtıcılara fürsət verməsin--rusiyanı dağıtsalar bölgəni qan gölündə boğacaqlar--hərçəndki Rusiya bizədə çox zülm edir--indi ruslar məncə başa düşəcələrki dünyada Türklərdən mərd millət yoxdur--çünki bütün dünya onlara qarşı olanda Azərbaycan və Türkiyə onlarla bərabər olacaq--nə bilim nədənsə ağlıma belə fikirlər gəlir-

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol