Menu

"Qarşıda bizi gözəl işlər gözləyir" - Rövnəq Abdullayev

02.02.2022, 11:45
"Qarşıda bizi gözəl işlər gözləyir" - Rövnəq Abdullayev

"Qarşıda bizi gözəl işlər gözləyir. Futbolun inkişafı naminə yeniliklərə imza atacağıq".

"Report"un məlumatına görə, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.

R.Abdullayev xatırladıb ki, qurumun Növbəti Konfransında keçmiş dövrdə görülmüş işlər barədə danışılıb: "Çətin dövr olsa da, AFFA, futbol ictimaiyyəti futbolun geridə qalmaması üçün əllərindən gələni etdi".

AFFA prezidenti yeniliklərə misal olaraq, klubların sayının artırılması, ictimai fondların yaradılmasını qeyd edib: "İctimai fondlar hər bir bölgənin öz komandalarına yiyələnməsi anlamına gəlir. Hər bir sakin öz komandasının oyununa getməlidir. Onlar bu istiqamətdə bir addım atsalar, biz iki addım atacağıq".

Şərhlər

Camaat 2022-02-03 01:20:43

Səni gözləyə bilər,bizi yox.

Türk Turan 2022-02-02 16:33:10

Camaat acından ölür, xəstəsinə pul tapmır, bu isə futbol sevdasına düşüb, klublara pul yığılmasını təşviq edir. Millətin halına düşəsiniz.

TARIX 2022-02-02 15:17:04

Ay Rövnəq müəllim siz hara futbol hara. Hər kəs bildiyi işlə məşğul olsa ölkəmiz,dövlətimiz inkişaf edər.Kecmiş SSRİ-nin bir cox respublikalarını yanacaqla təmin edən Azərbaycan yanacaği xaricdən idxal edir.

RAHİM 2022-02-02 12:51:08

Bizi yaxşı işlər o vaxt GÖZLƏYƏR Kİ RUSİYADAKI KİMİ QAZ LİMİTİ LƏĞV EDİLƏR.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol