Menu

Britaniya hakmiyyəti Rusiyanın Latın Amerikasındakı fəaliyyətindən narazıdır

02.02.2022, 23:22
Britaniya hakmiyyəti Rusiyanın Latın Amerikasındakı fəaliyyətindən narazıdır

Britaniya hakimiyyəti Rusiyanın Latın Amerikasındakı fəaliyyətini diqqətlə izləyir və bölgədə Rusiyanın iştirakının güclənməsindən narahatlıq keçirir. Bu barədə yanvarın 1-də Birləşmiş Krallığın Müdafiə nazirinn müavini Ceyms Xippi Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzində (Vaşinqton) çıxışı zamanı bəyan edib.

TASS müxbirinin “London Rusiyanın Venesuela, Kuba və Nikaraqua ilə əlaqələrinin möhkəmlənməsini necə qəbul edir” sualına cavab verərkən, o, qeyd edib ki, Moskvanın Latın Amerikasındakı siyasəti Qərbdə ciddi narahatlıq doğurur.

Xippi qeyd edib ki, yaranmış vəziyyət Britaniyanın müttəfiqləri üçün xüsusi təhdid yaradır, ilk növbədə ABŞ üçün.

Müdafiə nazirinin müavini əlavə edib ki, Latın Amerikasında Rusiya bazalarının olması mümkünsüz hal deyil.

Bundan başqa, Xippi Rusiyanın Şimali Amerikada və Yaxın Şərqdə fəaliyyəti üzərində ayrıca dayanıb.

“Hesab edirəm ki, nə isə daha dəhşətli proseslər baş verir. Əgər siz, Rusiyanın Port-Sudanda, Suriyanın Tartusunda iştirakına və onun Liviyanın şimal sahilində liman əldə etmək istəyinə baxsanız o zaman “üçbucaq mənzərəsi” yaranar ki, hər zirvəsi Suveyş kanalına doğru tuşlanıb» - deyə, obildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol