Menu

Azərbaycan-Ermənistan dəmiryolu əlaqəsinin yeni operatoru “Rusiya Dəmir Yolları” olacaq

03.02.2022, 12:16
Azərbaycan-Ermənistan dəmiryolu əlaqəsinin yeni operatoru “Rusiya Dəmir Yolları” olacaq

“Azərbaycan ilə dəmiryolu əlaqəsinin yeni operatoru “Rusiya Dəmir Yolları” ASC olacaq”.

“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş nazir müavini Mqer Qriqoryan hökumətin iclasında çıxışı zamanı bildirib.

Qeyd edək ki, daha əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Brüsseldə keçirilmiş görüş zamanı Azərbaycandan Naxçıvan Muxtar Respublikasına dəmir yolunun çəkilməsi barədə razılığın əldə olunduğunu bildirmişdi. Söhbət Erasx-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolundan gedir.

Şərhlər

turan 2022-02-03 14:15:14

Hə də yenə ruslar özünü soxurlar. Sora da dünənki kimi bizi yoxlayacaqlar

t.ədalət 2022-02-03 13:01:39

Bu,çox təhlükəli bir oyundur.Məgər,Azərbaycan dəmir yolu QSC-nin imkanları məhduddur ki,işğalçı Rusiya regiona öz idarəsini soxur?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol