Menu

Mədəniyyət naziri beynəlxalq qurumları ermənilərin oğurluğuna biganəlikdə ittiham edib

03.02.2022, 16:11
Mədəniyyət naziri beynəlxalq qurumları ermənilərin oğurluğuna biganəlikdə ittiham edib

“Ermənlilərin Şuşadan xalçaları oğurlaması faktı ilə bağlı dərhal bəyanat yaydıq, həm də UNESCO-ya müraciət göndərilib”.

“Report”un Qərb bürosu xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov Gəncədə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, oğurlanan xalçaların Qarabağ xalçaçılıq məktəbinə aid olduğu faktlarla sübuta yetirildi: “Təəssüflər olsun ki, beynəlxalq qurumlar tərəfindən bu məsələ ilə bağlı real addımlar atılmır. Bu da həmin təşkilatın siyasiləşməsindən xəbər verir. Amma biz işlərimizi davam etdirəcəyik. Onların Azərbaycana qaytarılması mümkün olmasa belə, baş verənlərin qanunsuz olması və pislənməsini gözləyirik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol