Menu

Deputatın 10 MİLYON vergi borcu üzə çıxdı - FOTOFAKT

03.02.2022, 22:52
Deputatın 10 MİLYON vergi borcu üzə çıxdı - FOTOFAKT

Milli Məclisin deputatı İqbal Məmmədova məxsus “Kaspi Yıldız” şirkətinin 1600019501 nömrəli VÖEN-i üzrə sorğu verən zaman 9 666 469.63 manat borcu olduğu məlum olub.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi saytında məlumat dərc edilib.

Məlum olub ki, şirkətin təsisçilərindən biri Rafet Ekmekçioğlu özünə məxsus 50% payı digər təsisçi Məmmədov İqbal Nəriman oğluna verib. Bununla da “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin təsisçisi 100% pay ilə Məmmədov İqbal Nəriman oğlu olub.

Lakin İ.Məmmədov bir müddət öncə açıqlamasında sözügedən şirkətin onun adına olması ilə bağlı iddiaları təkzib etmişdi:

“Mən deputat olana qədər “Kaspi Yıldız” öz adıma idi. Parlament üzvü olduqdan sonra bütün biznesimi ailə üzvlərimin adına keçirdim. Deputatam deyə biznesimi yad adama bağışlayası deyildim ki...”

(Lent.az)

Şərhlər

Azərbaycanlı 2022-02-04 09:40:43

Sapojnik bir ayaqqabı təmir edib 3 manat alan kimi vergi başının üstünü kəsdirib ya rüşvət alır ya da 1000 cərimə yazır

RR 2022-02-04 07:53:46

Delixanadiyee bu MM))

Veteran 2022-02-04 00:57:51

Bu deputat yox....

Əfqan Vəliyev 2022-02-03 23:32:56

Deputat.şirkət.vergi borcu? Gülməli deyilmi? bəs deputatlar qanun layihəsi hazırlayr,onu səsə qoyur,qəbul edirlər.Bəs necə olur ki, deputat bizbeslə məşğul olur,onun milyonlarla vergi borcu yaranır,Amma qanuna nəzarətetmli orqan kənardan seyr edir.Bu absurd deyilmi? Deməli deputat əyri yollarla özünü deputat siyahisinə yazdırıb ki, toxunulmazlıq statusndan istifadə edərək ölkənuin qanunlarını pozsun,öz əməllərini məsuliyyətsiz həyata keçiesin? Hələ bir dövlətə vergini ödəməsin? Afərin bizim nəzarət orqanlarına!Ona görə də ölkədə bəziləri üçün dərəbəylik mühiti yaradılıb.

ilyas 2022-02-03 23:31:55

bu qədər də vergi borcu olar? tedbir görmək mümkün deyildimi, vergi borcu bu qədər şişməsin?

Amon 2022-02-03 23:00:42

Bu deputatlar olkeni dagidirmislarki.Sonra da hergun tv lere cixib xalqimiza yol gosterirler

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol