Menu

GƏNCƏDƏ DƏHŞƏT! – İtləri diri-diri basdırdılar + VİDEO

04.02.2022, 19:12
GƏNCƏDƏ DƏHŞƏT! – İtləri diri-diri basdırdılar + VİDEO

Gəncədə küçə itlərinin kütləvi şəkildə güllələnərək zibil poliqonuna atıldığı, daha sonra isə diri-diri basdırıldığı iddia edilir. Bu barədə Bakupost.az -a “Azərbaycan Heyvanların Mühafizəsi” İctimai Birliyindən məlumat verilib.

İB-nin sədr müavini Fərid Mansurov dediklərini təsdiq edən videolar göndərib və hadisənin bu gün səhər baş verdiyini deyib: “Bu kimi güllələnmə hadisələri Gəncədə tez-tez qeydə alınır. Lakin bu gün səhər saatlarında itlərin kütləvi qətliamı olub. Özü də bunu gündüz ediblər, uşaqların gözünün qabağında olmuş hadisədir. Daha sonra itləri yığıb aparıb zibil poliqonu deyilən əraziyə atıblar.

Əraziyə traktorlar cəlb olunaraq itləri kütləvi şəkildə basdırıblar. İtlərin arasında yaralı olsa da, hələ yaşayanları da olub. Bir az sonra həmin məkana Gəncədə olan heyvansevərlər çatıblar, torpağı qazıb diri itləri çıxarmağa cəhd ediblər. Lakin onlara imkan verməyiblər. İtlər torpağın altında işgəncə ilə can veriblər”. O, qətliamın yerli icra orqanlarının və bələdiyyələrin etdiyini iddia edir. Bakupost.az məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İH-dən bildirilib ki, məsələ araşdırılır: “Araşdırma bitdikdən sonra ictimaiyyətə açıqlama veriləcək”. 

***

Gəncədə itlərin diri-diri basdırılması ilə bağlı məlumat vermişdik.

Gəncə Şəhər İcra Hakimiyyətindən Bakupost.az -a bildirilib ki, sahibsiz heyvanların güllələnməsi ilə bağlı İH tərəfindən heç bir göstəriş verilməyib:

“Məsələnin araşdırılması üçün aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət edilib.

Bununla yanaşı, çəkiliş aparılan sözügedən məişət tullantıları poliqonunun Gəncə şəhərinin ərazisinə aid olub-olmaması da araşdırılır.

Həmçinin, qeyd edək ki, Gəncə şəhərinin məişət tullantıları poliqonu şəhər kənarında yerləşir və ətraf ərazilərdən də ora tullantılar gətirilir. Onu da bildirək ki, sahibsiz küçə heyvanlarının yerləşdirilməsi üçün hazırda Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə İctimai İştirakçılıq Məclisinin birgə layihəsi əsasında sığınacaq hazırlanır. Yaxın günlərdə sığınacaq fəaliyyətə başlayacaqdır”.

Şərhlər

qaraguruh 2022-02-05 09:56:08

NİYƏ BUNU ETDİNİZ AY ZALIMLAR-bu günah bütün bütün ölkənin üstünə cökəcək--c.c ALLAH qorusun--araşdırılsın görəcəksiniz bunu edənlər rürk düşmənləri--Azərbaycanı sevməyənlərdi--bu ölkəni bu xalqı biabır etmək qçün qəsdən ediblər

GƏNCƏ 2022-02-05 01:00:30

Ay Fərid a bala sahibsiz,quduz itlər hər yerdə var.Gəncə səhər İcra Hakimiyyətinin önündə itlər dəstə ilə gəzişir.boğuşurlar tədbir görən yoxdur.Buna nə deyirsiniz?

Ramil 2022-02-05 00:00:50

Azerbaycan kimi olkede insana giymet vermirlerse sizce itlere nece giymet vermeliydirler ki?

turan 2022-02-04 22:21:50

Mən başa düşmədim, gözləməliyik ki, axşam yolnan gedəndə bu quduzlar insanlara hücum etsinlər? İnsan həyatı vacibdir yoxsa küçə itlərinin?

С.Э 2022-02-04 21:36:50

Cox utancverici hadisedir,ar olsun Gence seherinin kommunal teserrufat rehberliyine,heyvanlara qarsi bele amansizliq dehsetdir!bu meseleni gundeme getirmek lazimdir ki,bir daha tekrarlanmasin,

Eloğlu 2022-02-04 19:43:54

Ay heyvansevərlər!!! İnsanları sevin! O şeylər ki, insanlara ziyan gətirir onlar məhv edilməlidir!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol