Menu

Bakıda avtomobillə iki qadını vuran sürücü saxlanılıb

05.02.2022, 12:23
Bakıda avtomobillə iki qadını vuran sürücü saxlanılıb

Bakıda piyadanın xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə paytaxtın Binəqədəi rayonu ərazisində qeydə alınıb.

Belə ki, Biləcəri qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən paytaxt sakinləri N.Urşanova və S.Süleymanova vurulub. Onlara xəstəxanada ilkin tibbi yardım göstərilib.

Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlərləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Opel” markalı avtomobillə törədilməsi müəyyən edilmiş və həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini R.Qafarov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol