Menu

“NATO-nun şərqə genişlənməsi böyük uğurun tarixidir” - Stoltenberq

06.02.2022, 00:10
“NATO-nun şərqə genişlənməsi böyük uğurun tarixidir” - Stoltenberq

NATO-nun başçısı Yens Stoltenberq alyanısın Avropanın şərqinə doğru genişlənməsini «böyük uğurun tarixi» adlandırıb.

Onun fikrincə, belə ölçü azadlıq və demokratiya ideyasının yayılmasına kömək edir. Bunu MSNBC telekanalı xəbər verib.

«Mərkəzi və Şərqi Avropa ölkələri bizə birləşib, “soyuq müharibə”nin bitməsindən sonra alyans üzvlərinin sayı demək olar, iki dəfə artıb. Bu, Avropada azadlıq və demokratiyanın yayılmasına imkan verir» - Baş katib qeyd edib.

Stoltenberq yenidən qeyd edib ki, hər bir suveren dövlət özünün azad yolunu seçmək, o cümlədən NATO-ya daxil olmaq məsələsini həll etmək hüququna malikdir. Baş katib deyib ki, alyans rəhbərliyi heç vaxt heç bir ölkəni üzvlüyə məcbur etməyib.

“AzPolitika.info”

Şərhlər

Veteran 2022-02-06 00:23:50

Sağ əliniz bizim başımıza.

Veteran 2022-02-06 00:23:10

Sağ əliniz bizim başımıza.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol