Menu

Ermənistanda zəncirvari yol qəzası baş verib - 4 hərbçi yaralanıb

05.02.2022, 22:13
Ermənistanda zəncirvari yol qəzası baş verib - 4 hərbçi yaralanıb

Ermənistanın Sünik rayonunda, Gorus yolunda zəncirvari qəza qeydə alınıb. "Report" bu barədə "Sputnik Armeniya"ya istinadən xəbər verir.

Hadisə nəticəsində dörd müqaviləli hərbçi xəsarət alıb. Yaralılar Gorusda tibb mərkəzində yerləşdirilib.

Qeyd edək ki, xəsarət alanlar eyni avtomobildə olublar.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol