Menu

"Bu adamın heç adi mədəniyyəti və tərbiyəsi yoxmuş" - Eldar Sabiroğlu

06.02.2022, 22:03
"Bu adamın heç adi mədəniyyəti və tərbiyəsi yoxmuş" - Eldar Sabiroğlu

"Neçə vaxtdır ki, Cavanşir Feyziyevin və ailəsinin London macəraları haqda söz-söhbət aləmi başına götürüb. Milyonlar ortadadır və bu pullar onu dinc buraxmır. Adam çalışır ki, çirkaba bulaşmış sifətini necə olsa da, yuyub təmizləsin, ancaq bacara bilmir".

Bu fikirləri Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlu bildirib. 

Eldar Sabiroğlu daha sonra qeyd edib ki, özündənrazı bu yekəxana deputat "dostumuz" ayıbına kor olub səsini "içinə çəkməkdənsə", başlayıb Azərbaycan jurnalistikasına töhfələr vermiş yazarlarımızı kəskin ifadələrlə təhqir etməyə və onları aşağılayıcı söyüşlərə (bunun başqa adı yoxdur) məruz qoymağa: "Onların arasında məni xoşlamayan və mənim də xoşlamadığım qələm sahibləri ola bilər. Bu mümkündür. Lakin ucdantutma Azərbaycan mətbuatına əvəzsiz xidmətlər göstərmiş hamını təhqirə məruz qoymaq Feyziyevə qətiyyən hörmət və nüfuz gətirməz. Əslində, o, deputata yaraşmayan hərəkəti ilə olan-qalan nüfuzunu itirərək özünü "yerlə bir elədi". Onun artıq sözü və şəxsiyyəti bununla bitdi. 

Feyziyevin təhqir dolu yazısını hörmətli Bahəddin Həziyevin ona etiraz əlaməti olaraq Mətbuat Şurasının üzvlüyündən istefasından sonra oxudum. İnciməsin məndən, inciyərsə də, bir stəkan sərin su içsin. Bu adamın heç adi mədəniyyəti və tərbiyəsi yoxmuş. Necə deputat olub, Allah bilir!!! 

Ramiz Mehdiyevin və Əli Həsənovun qurub-quraşdırdığı Mətbuat Şurası İdarə Heyətinin üzvündən başqa nə gözləmək olar?... Bəli, Feyziyev qurtardı. İnsan kimi o artıq cəmiyyət arasına çıxa bilməyəcək. Bu jurnalistlər sıradan jurnalistlər deyildilər. Feyziyev unutdu ki, onların hər biri ictimai fikir yaradan qələm sahibləridirlər..."

Şərhlər

Ədalət 2022-02-07 08:00:04

Niyə dövlətimiz heç bir tədbir görmür ? Axı bu milyonlar xalqdan oğurlanıb. Çörək OGURLAYANİ dərhal həps edirlər,amma milyonları OGURLAYANİ görmürlər ! ANALOQU OLMAYAN QUDALAR ÖLKƏSİ !

İzləyici 2022-02-07 07:47:57

Yaltaqlar....

Sabir müəllimə 2022-02-06 23:48:57

Sabir bəy,taılmayan şeyi axtarma! Bunlar mədəniyyt,halal anlamaz məxluqlardır girişiblər Azərbaycanı soyurlar.Onlarınata-babalarının Azərbaycana nə zaman,haradan və niyə gəldiklərini araşdırsanız küləyin haradan əsdiyini bilərsiniz.Bunlar bir bəladır millətə.Hələ pasportsoyad.ad məsələsi bir yana.

t.ədalət 2022-02-06 23:39:08

Cavanşir etimadı doğrultmadı.O qədər pulu Londana hər adam daşıya bilərmi?Əlbəttə,deyilənə görə Xəzər gəmiçiliyi səhmdar cəmiyyətinin rəhbəri Rauf Vəliyev kimi dostu olanlar üçün xaricə pul çıxarmaq asandır.Ancaq,yenə də kiminsə köməyi olmalıdır.

Seyid Ənhu 2022-02-06 23:34:25

Sevinc Telmanqızının cavabını bir batman balla da yemək olmaz. O sözləri eşitməkdənsə dənizdə qərq olmaq yaxşıdır.

Eli 2022-02-06 22:45:08

Bu da seviyyesine göre “ Bu şeherde” nin produsseri Müşfiq Abbasovın tayıdır.Uzun iller ehli bazar seviyyesinde ssenariler yazıb özü seviyyesinde olanlara sırıyam Öüşfiq Abbasov da millete meydan oxuyurdu.Bilirsinşz niye bele edir bunlar.Şekililer demişken”..... arxayındılar boş boş.

Eldar müəllimə! 2022-02-06 22:17:08

düz sözə nə deyəsən?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol