Menu

ABŞ-da kişi ailəsinin 4 üzvünü öldürdükdən sonra intihar edib

06.02.2022, 22:34
ABŞ-da kişi ailəsinin 4 üzvünü öldürdükdən sonra intihar edib

ABŞ-ın Korsikana şəhərində (Texas ştatı) kişi ailəsinin 4 üzvünü öldürüb, sonra 3 nəfəri yaralayıb və intihar edib.

APA xəbər verir ki, bu barədə yerli polisin “Facebook” səhifəsində məlumat dərc edilib.

Hadisə yerinə gələn polis mənzildə öldürülmüş kişi və qadın meyitləri aşkar edib. Sonra axtarış zamanı daha iki yaralı aşkar edilib.

Hər iki yaralı Dallas Travmatologiya Mərkəzinə aparılıb.

Polisin bildirdiyinə görə, uşaq və kişi meyitləri də tapılıb. Daha bir qadın güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs avtomobildə ağır vəziyyətdə tapılıb. O, xəstəxanada dünyasını dəyişib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol