Menu

“Ermənistan XİN başçısını Antalya Diplomatiya Forumuna dəvət etmişik” - Çavuşoğlu

08.02.2022, 19:13
“Ermənistan XİN başçısını Antalya Diplomatiya Forumuna dəvət etmişik” - Çavuşoğlu

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı və xüsusi nümayəndə Ruben Rubinyanı Antalya Diplomatiya Forumuna dəvət etmişik.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Çavuşoğlu Antalya Diplomatiya Forumuna İsrailin xarici işlər və energetika nazirlərinin də dəvət olunduğunu, lakin hər iki tərəfdən təsdiqin gəlmədiyini bildirib.

Qeyd edək ki, Antalya Diplomatiya Forumu 11-13 mart tarixlərində keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol