Menu

Salyan sakini özünü bıçaqlayıb

09.02.2022, 18:42
Salyan sakini özünü bıçaqlayıb

Salyan sakini özünə bıçaqla xəsarət yetirib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Arbatan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1993-cü il təvəllüdlü Ağamalıyev Şəhriyar Yaşar oğlu bədəninin kəsilmiş-deşilmiş yaraları ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Yaxınlarının dediyinə görə, Ş.Ağamalıyev özü-özünü bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol